Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 55 yaşlı Eyvaz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmonovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. İbrahimov 16 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2014-cü il iyulun 31-də Xətai rayonunun Gəncə prospektində yaşayan 1967-ci il təvəllüdlü Gülnarə Məmmədovanın zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eyvaz İbrahimov tutulub.
Istintaq araşdırması zamanı müəyyən edilib ki, Eyvaz İbrahimov ev alqı-satqısı ilə məşğul olduğu zaman Gülnarə Zamanova ilə tanış olub. Onun evinin satılmasına kömək edib və bir neçə ay sonra ondan borc pul alıb. Lakin Gülnarə Zamanova bir müddət keçdikdən sonra pulu yüksək faizli sələmlə geri tələb edib. Aralarındakı münaqişə də elə buradan başlayıb.
Hadisə baş verən gün Gülnarə Zamanova yenidən Eyvaz İbrahimova zəng vuraraq pulu tələb edib və evə çağırıb. Evdə Eyvaz İbrahimovla qadın arasında mübahisə yaranıb. Bu zaman Eyvaz daimi üstündə gəzdirdiyi bıçaqla Gülnarə Zamanovanı çoxsaylı zərbələrlə öldürüb. Bundan sonra evin qapısını açarla bağlayaraq hadisə yerindən