Şəki rayon sakininin üzərindən narkotik maddə götürülüb.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, fevralın 22-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sərxan Abdurəhimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 475 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.