Şəkidə yol qəzası: sürücü həlak olub
13 aprel 2014 02:25 (UTC +04:00)

Şəkidə yol qəzası: sürücü həlak olub

Şəkidə baş verən yol qəzasında bir nəfər ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən ağır yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 34-cü kilometrliyində, Şəki rayonu Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib. 1963-cü il təvəllüdlü, Şəki rayonu Böyük Dəhnə kənd sakini Asiman Cavanşir oğlu Hacıbabayev idarə etdiyi “Hyundai Elantra” markalı, 55 BJ 769 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı çuxura aşırıb. Baş vermiş qəza nəticəsində Asiman Hacıbabayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Daxili  İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

 

# 670
avatar

Oxşar yazılar