Şəki sakinindən silah-sursat tapılıb. Lent.az- ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki Şəhər Polis Şöbəsinin əməkdaşları Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Mənsur Cumayevin evinə baxış keçiriblər. Nəticədə oradan 2 ədəd “RQD-5” qumbarası, 400 qram trotil şaşka və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.