İtkin düşən neftçi oğlunun dərdinə dözməyən ana öldü
09 may 2017 13:34 (UTC +04:00)

İtkin düşən neftçi oğlunun dərdinə dözməyən ana öldü

0

 

Ötən il dekabrın 15-də estakadanın uçması nəticəsində itkin düşən 10 neftçidən birinin meyiti hələ də tapılmayıb. Lent.az-ın İstipress-ə istinbadən xəbərinə görə, hələ də tapılmayan yeganə neftçi, Ələt qəsəbə sakini Əsədov Samirin anası Məleykə xanım ürək çatışmazlığından dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, 5 aydır oğlundan xəbər ala bilməyən gənc neftçinin anası oğul dərdinə dözə bilməyib. 

 

Xatırladaq ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar