Azərbaycanlı müğənninin produserinin qətli ilə bağlı məhkəmə keçirilib
19 avqust 2016 12:48 (UTC +04:00)

Azərbaycanlı müğənninin produserinin qətli ilə bağlı məhkəmə keçirilib

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə vəkil Vasif Mirzəyev vəsatətlə çıxış edib.

 

O, qətlə yetirilən H.Cahangirovun kimlərə borcu olub-olmaması ilə bağlı lazımi qurumlara sorğu göndərilməsini istəyib. Vəsatət təmin edilib.

 

Proses avqustun 30-da davam edəcək.

 

Qeyd edək ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü H. Cahangirov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

 

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi və Yasamal Rayon Prokurorluğu əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y .Mirzəyev həbs edilib.

 

Xatırladaq ki, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar