Şəfiqə Axundova vəfat edib
26 iyul 2013 12:30 (UTC +04:00)

Şəfiqə Axundova vəfat edib

Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundova vəfat edib. Lent.az-ın məlumatına görə, şərqdə ilk dəfə opera yazan qadın bəstəkar olan Şəfiqə xanım bu gün səhər saatlarında Bakıda xəstəxanada dünyasını dəyişib.

 

Bəstəkarın bacısı Rəfiqə Axundova Lent.az-a bildirib ki, bacısı bu gün saat 12 radələrində qəflətən dünyasını dəyişib. Ş.Axundovanın harada dəfn ediləcəyi hələlik bilinmir. 

 

Qeyd edək ki, xalq artisti Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb.

Allah rəhmət eləsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3951
avatar

Yalçın UĞUR

Oxşar yazılar