Səfər Əbiyevin müavininin məhkəməsində şahidlər ifadə verib
20 noyabr 2015 13:17 (UTC +04:00)

Səfər Əbiyevin müavininin məhkəməsində şahidlər ifadə verib

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən  sabiq müdafiə naziri Səfər Əbiyevin  müavini  olmuş polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə  şahid qismində Miradil Həsənov, Rauf Aşurov və Hüseyn Vəliyev ifadə verib.

 

İlkin olaraq M.Həsənov ifadəsində  M.Səlimovun ona məxsus olan firmadan tikinti materialları aldığını bildirib: "Mənin rəhbərim olduğu firma dəmir işi ilə məşğul olur. Mehman Səlimov tikinti mallarını bizdən alıb”.

 

M.Səlimov M.Həsənova məxsus olan firmadan tikinti matrialı aldığını təsdiqləyib.

 

 

Şahid Rauf Aşurov ifadəsində Mehman Səlimovu tanıdığını, Müdafiə Nazirliyinin nəzdindəki hərbi şəhərcikdə 3 mərtəbəli, 24 mənzilli yaşayış binasının və 800 nəfərlik əsgər yeməkxanasının işçi layihələrini hazırlamaq üçün müqavilə bağladıqlarını göstərib: “Müdafiə Nazirliyində işləyən tanışım Nəriman Müftəliyevin sənədləri mənə təqdim etdi, tikintilərin Mehman Səlimovun rəhbərlik etdiyi “STŞ” MMC tərəfindən həyata keçirildiyini bildirib. Üç layihə idi, sonra birindən imtina etdim. Görüşdük, layihələri təhvil verdim. Hər bir obyekt üzrə 11800 manat pul ödənilməli idi. Amma bu günə qədər mənə pul verilməyib”.

 

M.Səlimov pulları N. Müftəliyevə verdiyini deyib.

 

Şahid qismində dindirilən Hüseyn Vəliyev ifadəsində “STŞ” MMC ilə müqavilə bağladıqlarını və həmin firmaya kərpic göndərdiklərini, pulun bank vasitəsilə köçürüldüyünü bildirib.

 

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

 

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

 

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

# 124
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

25 may 2024 , 17:53