Sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olan Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Lent.az-ın məlumatına görə, ohakim Zeynal Ağayev sədrliyi ilə keçiriləcək prosesdə Mehman Səlimov məhkəməyə gətirilmədiyindən proses dekabrın 11-ə qədər təxirə salınıb.
Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.
M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.