Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğında bir polis işçisi tüstüdən zəhərlənib.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib. O bildirib ki, zərər görən polis işçisinə tibbi xidmət göstərilir.