Səbaildə 73 yaşlı qadın xilas edilib
18 may 2014 13:41 (UTC +04:00)

Səbaildə 73 yaşlı qadın xilas edilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumt daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından keçərək daxil olub. Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış vəziyyətdə aşkarlanıb.

 

Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Əməliyyat saat 12:15-də başa çatıb. 

# 646
avatar

Oxşar yazılar