Səbaildə 6 ayın yekunları müzakirə olundu
14 iyul 2014 16:12 (UTC +04:00)

Səbaildə 6 ayın yekunları müzakirə olundu

Bu gün Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şurada rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, 2014-cü ilin 6 ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11 milyard 534,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 % çox sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri tərəfindən  256,2   milyon manatlıq və ya 1,7 % çox, rabitə müəssisələri tərəfindən 132,1  milyon manatlıq və ya 1,4 % çox xidmətlər göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5   milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5  %  çoxdur.  Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 1 milyard 114,6 milyon   milyon manat olub və bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə   73,2 % çoxdur .
 
6 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manat məbləğində  və ya ötən ilin eyni dövründən 22,8 % çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən əhaliyə 127,3 milyon manatlıq pullu xidmət göstərilib. I yarımillikdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manatlıq və ya əvvəlki ilin yanvar-iyun aylarından 22,8 % çox istehlak malları satılıb, 35,5 milyon  manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,4 % çox iaşə xidmətləri  göstərilib.
 
Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfərə çatıb, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşıb.  Rayonda çalışan işçilərin sayı 112246 nəfər, orta aylıq əmək haqqının məbləği isə 970,0 manat olub. 2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190  yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.
 
Binici yarımillikdə  rayonda 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasıda aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın və Badamdar qəsəbəsində  yeni idman kompleksinin, yeni xəstəxana binasının və  3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir.
 
Ha¬zır¬da rayon ərazisində Su İdmanı sarayının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 5 mərtəbəli «İnturist» mehmanxanasının, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  daha bir yeni binanın  tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması aparılır, Neftçilər prospektində İdman Oyunları Sarayı (Əl Oyunları sarayı) əsaslı təmir olunur, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Badamdar qəsəbəsində «Könül» körpələr evinin əsaslı təmiri və yenidənqurulması həyata keçirilir. 
Müxtəlif bayramlarla əlaqədar rayonda 6100 aztəminatlı ailəyə ərzaq bağlamaları, 1500 pay ət verilmiş, ümumilikdə isə 6 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 8323 olub.
 
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev, İçəri şəhər «Cümə məscidi» dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Şakir Nuriyev, Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rəna Əliyeva, Səbail rayon Qaz İstismar sahəsinin rəisi Sadıx Rəhimov  və  başqaları çıxış ediblər.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933
avatar

Oxşar yazılar