Səbaildə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib
26 dekabr 2014 16:03 (UTC +04:00)

Səbaildə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib

Səbail rayonunda "Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı və qurucusudur" mövzusunda tədbir keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, növbəti belə tədbir Respublika Veteran Təşkilatları Şurası və Azərbaycan Vətən Mühəribəsi Veteranları Birliyi Səbail rayon təşkilatı ilə birgə rayondakı 132-134 saylı Təhsil Kompleksində baş tutub.

Ehtiyatda olan bir qrup yüksək rütbəli hərbiçilərin, müharibə və əmək veteranlarının, orta məktəb şagirdələrinin iştirakı ilə keçirlən tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev müstəqil Azərbaycanın öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin gördüyü işlərdən söhbət açıb. 

Toplaşanlar qarşısında çıxış edən Respublika Veteran Təşkilatları Şurasının sədri, general-mayor Dadaş Rzayev, Əfqanıstan və Qarabağ veteranı, general-mayor Məmmədhüseyn Sarıyev, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəman Ömər Ağayev, Böyük Vətən Müharibəsi iştirakçısıları 95 yaşlı Bəkir Məmmədov və Adilə Ağakişiyeva, ehtiyatda olan polkovnik, Qarabağ veteranı, Respublika Veteran Təşkilatları Şurası rəyasət heyətinin üzvü Həsən Əmirov müasir Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsi, onun kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində Heydər Əliyevin gördüyü işlərdən söhbət açıblar. 

Qonaqlar şagirdlərin çoxsaylı suallarını cavablandırıb, təhsildə və ictimai həyatda fərqlənən bir qrup 11-ci sinif şagirdi Respublika Veteran Təşkilatları Şurasının Fəxri Fərmanları ilə təltif olunub.

Tədbirin sonunda Təhsil Kompleksinin şagirdləri konsert proqramı ilə çixış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25