Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəliyinin inzibati binasından oğurluq edilib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon İcra Hakimiyyətinin Əlibəyov qardaşları 84 ünvanında yerləşən 2 saylı nümayəndəliyinin inzibati binasından qapını sındırma yolu ilə 3 ədəd kompüter dəsti, 1 ədəd HP markalı nootbuk və 1 ədəd “WI-Fi” modem oğurlanıb.
Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.