Saxta pul satanda yaxalandı
Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsnin əməkdaşları saxta pul satan şəxs saxlayıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində iyulun 19-da rayon ərazisində Bakı şəhər sakini B. Hüseynbəyli 1 ədəd 50 manatlıq və 4 ədəd 100 manatlıq saxta əsginasları 170 manata satarkən yaxalanıb.
Araşdırma aparılır.
367