Bakı Dövlət Universitetinin (BDU) saxta diplomunu satan şəxs polis tərəfindən yaxalanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində yaşayan Samir Mirzəyev BDU-nun saxta diplomunu hazırlayaraq 6600 ABŞ dollarına satarkən cinayət başında tutulub.
Faktla əlaqədar araşdırma aparılır