Savalan dağına çatmadan tutulublar
24 avqust 2013 06:30 (UTC +04:00)

Savalan dağına çatmadan tutulublar

Güney Azərbyacnın Ərdəbil əyalətində bir neçə mili-mədəni fəal tutulub.

 

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən  məlumatına görə, Əkbər Əbulzadə avqustun 23-də Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü qeyd etmək üçün Savalan dağında keçirilən tədbirə gedib.Ancaq ETTELAAT əməkdaşları onu dağa çatmamış Əhər-Meşkinşəhr (Xiyov) yolunda saxlayıb.

 

Onun saxlanıldığı yer barədə əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, avqustun 23-də Ərdəbi-Xiyov yolunda Məhəmməd Xakpur, Səccad Culani, Meysəm Culani, Əhməd Məhəmmədpur və Mürtəza Qüdrəti həbs edilib.

 

Onlar da Savalan dağına getmək istəyib. Bundan əlavə daha 4 azərbaycanlı Milli mədəni-fəaldan da xəbər yoxdur. Onların da həbs edildiyi ehtimal olunur. 

 

Başqa bir xəbərə əsasən azərbaycanlı ictimai-mədəni fəal Mənsur Seyfi tutulub. Rejimin təhlükəsizlik qüvvələri avqustun 22-də Meşginşəhrdə Aydın Zakirini tutmaq üçün onun ata evinə hücum ediblər.

 

O, evdə olmayıb. Mənsur Seyfi isə onlara qonaq gedibmiş.

 

Bir müddət öncə polis onu tutmaq üçün Mənsur Seyfinin atasının evinə də basqın edib. Ancaq o, evdə olmadığı üçün niyyətləri baş tutmayıb.

 

Mənsur Seyfi və Aydın Zakir milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə tutularaq işgəncə və təzyiqlərə məruz qalıb, həbsə məhkum ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765
avatar

Oxşar yazılar