İşlədiyi mağazadan bu qədər pul oğurladı
Bakıda ticarət mərkəzindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlamaqda şübhəli bilinən, orada satıcı işləmiş Abşeron rayon sakini C.Şükürov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
307