Şarl de Qollun qəbri dağıdıldı
28 may 2017 03:58 (UTC +04:00)

Şarl de Qollun qəbri dağıdıldı

Fransanın sabiq prezidenti, ölkədə Beşinci respublikanın banisi Şarl de Qollun qəbri naməlum şəxslər tərəfindən dağıdılıb.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Yuxarı Marna departamentində,  Kolombe-le-Dez-Eqliz yaşayış məntəqəsində baş verib.  

 

 Məlumata görə, iki naməlum şəxs 17.00 radələrində (Bakı vaxtı ilə 19.00-da) qəbiristanlığa daxil olub. Onlardan biri qəbrin üstünə qalxaraq sinə daşı üzərində quraşdırılmış daş xaçı aşırıb. Nəticədə daş xaç parçalanıb.  

 

Polis insidenti araşdırır.  

 

Əfsanəvi fransız generalı və siyasətçisi Şarl de Qoll (1890 –1970)  İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik edib. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq edib. Daha sonra Qoll  konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll 1958-ci ildə yeni respublikanın prezidenti seçilir. O, 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynayıb. O, 1969-cu ildə istefa verib və 1970-ci ilin noyabrında vəfat edib.

 

# 139
avatar

Oxşar yazılar