<b>3 hektar torpaq sahəsi üçün 170 min manat verdim - <span style="color:red;">MƏHKƏMƏDƏN </b>
25 avqust 2016 12:37 (UTC +04:00)

3 hektar torpaq sahəsi üçün 170 min manat verdim - MƏHKƏMƏDƏN

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə FHN əməkdaşı Anar Hüseynov, təqsirləndirilən şəxsin qonşusu Knyaz Yusifov, Vahid Əsgərov və Rauf Babayev, F.Hüseynovun qardaşları - Hüseyn Hüseynov, Nuru Hüseynov, ifadə verib.

 

K.Yusifov ifadəsində V.Əbilhəsənovaya torpaq almaq üçün 18 min manat verdiyini deyib: "2014-cü ildə 3 torpaq sahəsi aldım. Pulu Vəsilə xanımın özünə verdim. Vəsilə xanımın göstərişi ilə Fədai həmin torpaq sahələrini mənə göstərib".

 

H.Hüseynov qeyd edib ki, hadisə vaxtı səhhəti ilə əlaqədar Türkiyədə olub: "Mən də ümumilikdə 94 min manat pulu Vəsilə xanıma vermişəm. Lakin torpağın yalnız birinin sənədlərini ala bildim".

 

V.Əsgərov isə bildirib ki, 3 hektar torpaq sahəsi üçün hissə-hissə V.Əbilhəsənovaya 170 min manat pul verib: "Həmin pulları Fədainin yanında Vəsilə xanıma verdim, lakin sənədləri ala bilmədim. Torpaq sahəsini də həmçinin".

 

 

 

Məhkəmə prosesi sentyabrın 2-də davam edəcək.

 

 

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

 

Hadisəni törədənin bələdiyyə sədrinin tanışı, 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15