Sankt-Peterbuqrda əməliyyat: 4 azərbaycanlı saxlanılıb
03 mart 2013 23:37 (UTC +04:00)

Sankt-Peterbuqrda əməliyyat: 4 azərbaycanlı saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburq şəhərində “radikal ekstremist dini qruplaşmanın üzvlərinə” qarşı xüsusi əməliyyat keçirdiyini açıqlayıb.

 

Bu barədə “İnterfaks” FTX-nin Leninqrad vilayəti üzrə idarəsinə istinadən xəbər yayıb.

 

Əməliyyat zamanı azı 10 nəfərin saxlanıldığı bildirilir. Onların arasında 4 Rusiya vətəndaşı, 4 Azərbaycan vətəndaşı və 1 Türkmənistan vətəndaşı var. Rusiya pasportu daşıyanların da arasında azərbaycanlılar olduğu bildirilir.

 

Saxlanılanlarrın üzərindən Rusiyada məhkəmə tərəfindən qadağan olunmuş, rus və türk dillərində dini ədəbiyyat aşkar olunub. Əməliyyatın ekstremizmlə bağlı qaldırılmış cinayət işinin araşdırması çərçivəsində keçirildiyi bildirilir.

 

Saxlanılanlar FTX-nin yerli təcridxanasına salınıb, yaxın vaxtlarda onların barəsində məhkəməyə göndəriləcəyi bildirilir. Bu, Rusiya xüsusi xidmət orqanlarının Sankt-Peterburqda son günlər radikal dini qruplara qarşı keçirdiyi birinci əməliyyat deyil. Bu günlərdə FTX Sankt-Peterburqdakı Apraksin Dvor adlı ibadət məkanına basqın edərək namaz zamanı 200-ə yaxın vəhabini saxlayıb. Onların arasında 6 Azərbaycan vətəndaşı da olub. Daha sonra Azərbaycan vətəndaşları Bakıya deportasiya ediliblər. (musavat.com)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2056
avatar

Oxşar yazılar