Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində 18 yaşlı oğlan batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, çayda batmış 1995-ci il təvəllüdlü Cavid Nüsrət oğlu Şahmuradov axtarışları başa çatdırılıb. C.Şahmuradov cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 16:08-də başa çatıb.