Samuxda bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 28-də axşam saatlarında rayonun Kolayır kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Tahir Məzahir oğlu Hüseynov şəxsi münasibətlər zəmində həmkəndlisi tərəfindən bıçaqlanıb.
Yaralı qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Əməliyyat edilən T. Hüseynovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törədənin kimliyi məlumdur. Hazırda onun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.