İyunun 17-də Şamaxı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Çuxuryurd kəndi ərazisində 1992-ci il təvəllüdlü Anar Allahverdiyev göldə çimərkən boğulub. Gənc olanın meyiti sudan çıxarılıb.
Faktla əlaqədar araşdırmalar aparılır.