
Şamaxıda avtomobil dərəyə aşdı
0
0
Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Pirqulu yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" və "Mustang” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Mustang" markalı maşın dərəyə yuvarlanıb.
Şamaxı rayon sakinləri, 1991-ci il təvəllüdlü Güləliyev Rauf Ağagül oğlu, 1968-ci il təvəllüdlü Beydiyev Yaşar Ağasən oğlu və 1995-ci il təvəllüdlü Qəhrəmanov Cavanşir Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
0
0