Şamaxıda 3 bacı xəstəxanalıq oldu - YOL QƏZASI
09 iyul 2017 18:32 (UTC +04:00)

Şamaxıda 3 bacı xəstəxanalıq oldu - YOL QƏZASI

Şamaxı rayonunda 4 nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Şamaxı-Əngəxaran avtomobil yolunda qeydə alınıb.

 

Şamaxı şəhər sakini, 1962-ci il təvəllüdlü İmamverdiyev Elşad İqbal oğlunun idarə etdiyi “10-CX-527” dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdən gələn “56-BC-645” dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

 

Hadisə zamanı sürücü Elşad İmamverdiyev və sərnişinləri, Şamaxı şəhər sakinləri olan 3 bacı, 1960-cı il təvəllüdlü Məmmədova Rahilə Abdurrəhim qızı, 1955-ci il təvəllüdlü Əhmədova Minəxanım Abdurrəhim qızı və 1966-cı il təvəllüdlü Mədətova Hicran Abdurrəhim qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

APA Baycan

Oxşar yazılar