İran vətəndaşı Azərbaycanda çayda boğulub.
Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Seyid Sadıqlı kəndində qeydə alınıb. İran İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Yaşar Ənhar kənd ərazisində yerləşən Akkuşa çayında çimərkən boğulub.
Yaşar Ənharın meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılıb.