Salyan-Şirvan şossesində ölümlə nəticələnən qəza baş verib.APA-nın Mil-Muğan bürosuna Salyan rayon polis şöbəsindən verilən məlumata görə, hadisə avqustun 21-də axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun 43-cü kilometrliyində olub. Salyan rayonu Təzəkənd sakini, 1983-cü il təvəllüdlü Şahbazov İlkin Əlifağa oğlu VAZ 2107 markalı 90 XA 487 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yoldan çıxıb və avtomobili aşırıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Şahidlərin bildirdiyinə görə, asfalta tökülən neft məhsulunun yolda sürüşkənlik yaratması sürətlə hərəkətdə olan avtomobilin aşmasına səbəb olub.
Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.