Salyanda 7 yaşlı oğlan itkin düşdü
31 avqust 2015 20:21 (UTC +04:00)

Salyanda 7 yaşlı oğlan itkin düşdü

0

Salyanda 7 yaşlı oğlan itkin düşüb, onun Kür çayında boğulduğu ehtimal olunur.

 

Salyan Boranıkənd kənd icra nümayəndəsinin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Salyan rayonunun Boranıkənd kənd sakini 2008-ci il təvəllüdlü Rzayev Lazım Ayət oğlu bir neçə gündür ki, itkin düşdüyü bildirilir.

 

Eyni zamanda uşağın valideynləri və kənd sakinləri ehtimal edirlər ki, uşaq Kür çayında boğula bilər. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Sularda xilasetmə xidmətinin dalğıcları tərəfindən çayda axtarışlar aparır.

 

Həmçinin hüquq-mühafizə orqanları itkin düşmüş uşağın  axtarışlarını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar