Sahibkar qadınla tanış oldu, pulunu alıb qaçdı
16 aprel 2014 23:30 (UTC +04:00)

Sahibkar qadınla tanış oldu, pulunu alıb qaçdı

Хətai RPİ -nin 37-ci polis bölməsinin əməkdaşları kecirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində CM-nin  178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 35 yaşlı Azər Əsgərov həbs edilib.

 

APA TV-nin xəbərinə görə, o, ötən il tanış olduğu qadının  etibarından sui-istifadə etməklə onu müəssisələrin birinə kompüter dizayneri düzəldəcəyinə söz verərək, 2000 manat pulunu mənimsəkdə təqsirləndirilir. Qadından pulu alandan sonra Azərin mobil telefonuna zəng çatmayıb.

 

İstintaq ehtimal edir ki, bu, Əsgərovun birinci əməli deyil. Faktala bağlı Xətai rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1438
avatar

Oxşar yazılar