Şahdağ Milli qoruğunda <span style="color:red;">YANĞIN
26 noyabr 2015 10:25 (UTC +04:00)

Şahdağ Milli qoruğunda YANĞIN

Şahdağ Milli qoruğunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonu, Suxtəkələ kəndində (rayon mərkəzindən 35 km aralı) Şahdağ Milli qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 0,5 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bundan başqa Quba rayonu, Tüləkəran kəndində Şahdağ Milli qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 20 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar