Şahdağ Milli Parkında ağaclar yandı
18 avqust 2015 22:13 (UTC +04:00)

Şahdağ Milli Parkında ağaclar yandı

0

İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Tircan kəndində (rayon mərkəzindən 38 km aralı) Şahdağ Milli Parkına məxsus ərazidə 4 ha sahədə ağaclar və kol-kos yanıb.

 

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar