Bu gün yol qəzasında dünyasını dəyişən “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı və "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının bacısı Könül Rüstəmxanlının meyiti artıq Bakıya, Sultanəli məscidinə gətirilib. Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, məscidin qarşısına “Qanun” nəşrlər evinin əməkdaşları, Şahbaz Xuduoğlunun qohumları, dostları, jurnalistlər toplaşıblar.
Şahbaz Xuduoğlu avtomobilin 200 metr məsafədən dərəyə yuvarlanaraq çaya düşdüyünü bildirib. O bu faciədən oğlunun hələ xəbərinin olmadığını, Türkiyədə oxuyan qızına isə Bakıya qayıtmaq üçün bilet alındığını deyib.
Mərhumun cənazəsi yuyulduqdan sonra yaşadığı evə aparılacaq.
Qeyd edək ki, bu gün saat 15.30 radələrində Masallı-Yardımlı yolunda 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.