Sabunçuda kütləvi dava: Ramana sakininin çənəsini sındırdılar
11 dekabr 2015 06:36 (UTC +04:00)

Sabunçuda kütləvi dava: Ramana sakininin çənəsini sındırdılar

0

Sabunçu rayonunda kütləvi dava olub. APA-nın məlumatına görə, hadisə Ramana qəsəbəsi “Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb. 36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb. Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.  O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib.

 

Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar