APA-nın şimal bürosunun verdiyi məlumata görə, 48 yaşlı Sabirabad rayon sakini Beydan Quliyevin idarə etdiyi “50 CJ 470” dövlət nömrə nişanlı “Hundai” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan, 39 yaşlı Şabran rayon sakini Afdandil Quliyevin idarə etdiyi “27 BH 075” qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusa çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza zamanı xəsarət alan şəxslər – “Ford”un sürücüsü Afdandil Quliyev və “Hundai”ın sərnişini, 43 yaşlı Sumqayıt şəhər sakini Bahar Şirinova Şabran Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Tibb müəssisəsindən APA-ya verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.