
Sabirabadda yeniyetmə həmyaşıdını bıçaqladı
0
0
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirbadda iki yeniyetmə arasında baş verən mübahisə bıçaqlanma ilə sonuclanıb.
Belə ki, Sabirabad sakini, 2004-cü il təvəllüdlü Bağırov Firdovsi Azər oğlu həmyerlisi 2003-cü il təvəllüdlü Məmmədov Yusif Mehrac oğluna bıçaqla xəsarət yetirib.
Sonuncu bıçaq xəsrəti ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma başlanılıb.
0
0