Sabirabadda 8 otaqlı evdə yanğın hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, günorta saatlarında Sabirabad rayonu R.Behbudov küçəsində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Sabirabad sakini, Nuriyeva Şəlalə Bəşir qızına məxsus ümumi sahəsi 450 kv.metr olan ikimərtəbəli, 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Yanğının söndürülməsinə Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.