Sabirabadda piyadanın vurulması ilə nəticələn qəza baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb. Kənd sakini, 23 yaşlı Nuruşov İsa Musa oğlu idarə etdiyi “VAZ 21-011” markalı avtomaşınla Cavad kəndi ərazisində hərəkətdə olarkən qəfil qarşısına çıxan piyadanı vurub. Yaralı, həmin kəndin sakini, 17 yaşlı Məmmədov Abasət Fikrət oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə beyin travması alan yaralının vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.
Sabirabadda daha bir yol qəzası baş verib. Hadisə bu gün günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 45-ci kilometrliyində, Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində qeydə alınıb. Fizuli rayon sakini, 33 yaşlı Qafarov Xalid Məhəmməd oğlu idarə etdiyi “Hova” markalı yük maşını yanacaqdoldurma məntəqəsinin yanında, yolun kənarında saxlayarkən maşın qəflətən aşıb. Mişar daşı ilə dolu maşın yanacaqdoldurma məntəqəsinin üstünə aşsa da, sürücü heç bir xəsarət almayıb. Sürücü Xalid Qafarov deyib ki, qəzaya yolun təmirdən sonra tam bərkidilməməsi səbəb olub.