Sabirabad mərkəzi bazarında baş vermiş yanğının qarşısı alınıb - FOTO - YENİLƏNİB
16 iyul 2019 08:54 (UTC +04:00)

Sabirabad mərkəzi bazarında baş vermiş yanğının qarşısı alınıb - FOTO - YENİLƏNİB

 

Sabirabadda baş vermiş yanğın iki böyük ərzaq mağazasını əhatə edib və onun ticarət mərkəzinə keçməsinə imkan verilməyib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, yanğın təxminən 1000-1500 kv/m sahəni əhatə edib.

Əraziyə 10-dan çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

İlkin ehtimala görə, yanğın mağazaların birində olan soyuducuda yaranmış qısaqapanmadan qaynaqlanıb.

***

Saat 07:33

Sabirabad rayonunda güclü yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə mərkəzi bazarda və yaxınlıqdakı ticarət mərkəzində qeydə alınıb.

Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib. Hadisə yerinə Sabirabad, Saatlı və Şirvan yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

# 853
avatar

Oxşar yazılar