Misir Mərdanovun qardaşının adı məhkəmədə hallandırıldı
05 dekabr 2014 15:47 (UTC +04:00)

Misir Mərdanovun qardaşının adı məhkəmədə hallandırıldı

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev, eləcə də Elman Məmmədov və Taleh Süleymanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Əmiraslan Mustafayev ifadə verib. Zərərçəkmiş ifadəsində sabiq təhsil naziri Misir Mərdanovun qardaşının adını hallandırıb. O, qeyd edib ki, təqsirləndirilən Elman Məmmədova 6 min manat verib.  Ə.Mustafayevin sözlərinə görə, Elman Məmmədov onun oğlu Qurban Mustafayevi ali məktəblərdən birinə köçürəcətyinə vəd verib. O, qeyd edib ki, Elman Məmmədov bu köçürülmə prosesini Misir Mərdanovun qardaşı İlham Mərdanovun vasitəsi ilə həyata keçirəcəyini vəd edib. Proses davam edir.

 

Qeyd edək ki, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda “yağlı” işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də Ramazan Səlimovdan sonuncunu işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və Elman Məmmədov həbs edilib. İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib. Onu da qeyd edək ki, prezident İlham Əliyev bu il fevralın 11-də Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 123

Oxşar yazılar

Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ

8 fevral 2025 , 17:57