<b>Sabah hava necə olacaq? </b>- <span style="color:red;">PROQNOZ
22 dekabr 2014 13:20 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında dekabrın 23-də hava şəraitinin buludlu, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinindən Lent.az-a verilən məlumata görə,havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı  gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz dekabrın 25-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191

Oxşar yazılar

Bakıda yaşayış binasında yanğın söndürüldü-FOTO -VİDEO -YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürüldü-FOTO-VİDEO-YENİLƏNİB

9 fevral 2025 , 09:41
Putini lənətləyən məşhur musiqiçinin  qan donduran   ölümü

Putini lənətləyən məşhur musiqiçinin qan donduran ölümü

9 fevral 2025 , 09:07
Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

9 fevral 2025 , 01:53
Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21