Sabah hava necə olacaq? - <span style="color:red;">PROQNOZ
11 oktyabr 2014 13:40 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabr 12-i hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz hava şəraitin üstünlük təşkil edəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın  temperaturunun gecə 12-14, gündüz 19-23 dərəcə isti olacağı gözlənilir. Havanın temperaturunun. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında sabah əsasən hava şəraitin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1687
avatar

Səlcuq Elçin

Oxşar yazılar