Sabah tempratur 33 dərəcəyə qalxacaq - YENİLƏNİB
10 may 2014 16:15 (UTC +04:00)

Sabah tempratur 33 dərəcəyə qalxacaq - YENİLƏNİB

Bakı və Abşeron yarımadasında mayın 11-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, cənub-şərq küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında da mayın 11-də havanın əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 13-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1411
avatar

Oxşar yazılar