Sabah Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycanın hərbi təhsil müəssisələrinin kursantlarının Bakının mərkəzi hissəsində yürüşü olacaq.
APA-nın məlumatına görə, səhər saatlarında başlanacaq yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin kursantları iştirak edəcəklər.
Kursantlar hərbi marşla mərkəzi küçələrdən keçəcəklər.