
Saatlıda reyd keçirildi - sənədsiz avtomobil idarə edən sürücülər...
Saatlıda reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonda nəqliyyatın sıx olduğu yerlərdə avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə reyd keçiriblər.
Xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Sürücülərə tələblər və qaydalar izah olunub.
Reyd zamanı bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub. Yol Polisi Bölməsinin inspektorları tərəfindən atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb.
Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.
Oxşar yazılar

Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO
7 iyun 2025 , 15:27
Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB
7 iyun 2025 , 15:01
Bakıda 20 yaşlı qız qəfil öldü
7 iyun 2025 , 14:49
Sumqayıtda maşın aşdı, 12 yaşlı uşaq öldü
7 iyun 2025 , 12:54
Ana və 3 yaşlı qızının meyitləri tapıldı
7 iyun 2025 , 12:45
Qurban bayramında 14 mindən çox adam yaralandı
7 iyun 2025 , 10:22
Bakıda gənc oğlanın meyiti meşəlik ərazidən tapıldı
6 iyun 2025 , 19:38