Rüşvətdə ittiham olunanların məhkəmə istintaqı başa çatdı
17 dekabr 2014 13:03 (UTC +04:00)

Rüşvətdə ittiham olunanların məhkəmə istintaqı başa çatdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Rafiq Hüseynov və Xatirə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Daha sonra iş üzrə şahidlər tərəflərin suallarını cavablandırıblar. Daha sonra hakim bildirib ki, cinayət işi üzrə adı keçən şahidlərin dindirilməsi başa çatıb. Prosesdə tərəflərin fikirlərini öyrənən hakim heyəti məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazır olmadığını deyib və hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə iclası yanvarın 15-nə təyin edilib.

 

Qeyd edək ki, Rafiq Hüseynov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov və onun mütəşəkkil dəstəsinin üzvləri ilə birlikdə mühakimə edilib.

Orxan Kərimov, həmçinin “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib. Ürək xəstəliyindən əziyyət çəkən Orxan Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və qərara görə, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.
Rafiq Hüseynovun əməlində başqa cinayətlər üzə çıxıb və bu səbəbdən onun barəsində hüquq-mühafizə orqanlarında yenidən istintaq hərəkətləri aparılıb. Rafiq Hüseynov Xatirə Əhmədova ilə bir neçə epizod üzrə rüşvət alma ittihamı aşkarlanıb. Onlara Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə ittiham verilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177

Oxşar yazılar

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

9 fevral 2025 , 01:53
Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07