Rüşvət alan vəzifəli şəxslərin məhkəməsi başlayır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rüşvət almaqda təqsirləndirilən sektor müdiri Elvin Nağıyev və sektorun məsləhətçisi Araz Qazıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən , Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyevlə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаlarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
308