Rüstəm İbrahimovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilib.
Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, şikayət bu gün məhkəməyə təqdim edilib. F. Ağayev məhkəmə protokolu ilə tanış olduğunu, protokolda bəzi nöqsanlar olduğu üçün qeydlər də yazdığını bildirib.
Qeyd edək ki, MSK R. İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etməyib. Buna əsas səbəb kimi isə onun Rusiya vətəndaşı olması əsas götürülüb. Həmin qərardan narazı qalan R. İbrahimbəyov MSK-ya qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Ərizədə qərarın ləğvi istənilib. Məhkəmə isə şikayəti təmin etməyib.