Rusiyada Türkiyəyə tətbiq edilə qadağa götürüldü
22 iyul 2016 13:08 (UTC +04:00)

Rusiyada Türkiyəyə tətbiq edilə qadağa götürüldü

Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra Rusiya aviaşirkətlərinin Türkiyəyə həyata keçirdikləri müntəzəm aviareyslərə tətbiq edilən qadağa aradan qaldırılıb.

 

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Federal Mülki Aviasiya Agentliyi ötən gecə müntəzəm uçuşlara tətbiq etdiyi qadağanı aradan qaldırdığını açıqlayıb.

 

"Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra sərnişindaşımada lazımı yüksək təhlükəsizlik tədbirlərini həyata keçirildiyinə dair verilən zəmanətdən sonra 22.07.2016 tarixində saat 00:00-dan etibarən Rusiyadan Türkiyəyə daha öncə müntəzəm uçuşlarla bağlı bütün qadağalar aradan qaldırılıb", - deyə qurumun açıqlamasında qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 95
avatar

APA Baycan

Oxşar yazılar