Rusiyada daha bir azərbaycanlı həbs olundu
30 oktyabr 2013 15:14 (UTC +04:00)

Rusiyada daha bir azərbaycanlı həbs olundu

Rusiyanın paytaxtı Moskvadakı Kutuzov prospektində həmyerlimiz avtomobil qəzası törədib. Lent.az-ın “Vesti.Ru”ya istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 29-da axşam saatlarında baş verib.

 

İstintaq versiyasına əsasən, Ələkbərov Ağəli İslahan oğlu “Volkswagen”lə yüksək sürətlə hərəkətdə ikən əks zolağa uçub. Nəticədə onun avtomobili 2 motosikletlə toqquşub. Motosikletçilərdən 1-i ölüb, digəri isə çoxsaylı sınıqlarla və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Habelə, avtomobildəki sərnişin də güclü xəsarət və zədələr alıb.

 

Hadisə şahidlərindən olan daha bir motosikletçi qəza yerini fotoqrafının obyektivinə köçürməyə başlayıb. Bu zaman həmyerlimiz onu hədələyib. Sonradan hadisə yerinə İnquşetiya və Dağıstan nömrələri ilə maşınlar gəlib. Avtomobillərdən enən Ələkbərovun dostları fotoaparatdan şəkilləri silmək istərkən, motosikletçi də öz dostlarını çağırıb.

 

Yalnız polis müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb. Həmyerlimiz polis şöbəsinə aparılıb. Ona qarşı “Ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması” maddəsi ilə cinayət işi açılıb. Günahı sübuta yetirilərsə, A. Ələkbərov 7 ilədək azadlıqdan məhrum ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4262

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15